innovasiontex.com

HAQQIMIZDA

 

 

 

 

 

Azərbaycanda hidrometeoroloji müşahidələrin aparılmasına 1830-cu ildən, Xəzər dənizinin səviyyəsi üzərində müşahidələrin aparılması ilə başlanmış, 1920-ci ildə ilk dövlət qurumu - Hidrometeoroloji Xidmət Bürosu, 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi, 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tərkibində Milli Hidrometeorologiya Departamenti yaradılmışdır.
1998-ci ildə «Hidrometeoroloji fəaliyyət haqqında» qanun qəbul edilmiş, bu Qanunun tətbiqi ilə əlaqədar ulu öndər H.Əliyev tərəfindən Fərman imzalanmışdır.
2004-cü ildə prezident İ.Əliyev tərəfindən «Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişaf Proqramı»na dair Sərəncam imzalanmışdır


canlı görüntü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Videokameraların texniki vəziyyəti

cəmi 28 ədəd

 

 

 



XIDMƏTLƏR

 

 

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Milli Hidrometeorologiya Departamenti

hidrometeoroloji xidmət sahəsində respublikamızın:

 

- Müəssisə rəhbərlərini və iş adamlarını.
- Tikinti təşkilatlarını.
- Orta və kiçik biznes müəssisələrini.
- Kənd təsərrüfatı və kənd təsərrüfatının emalı müəssisələrini.
- Kommunal təsərrüfatı və energetika müəssisələrini.
- Yerli özünüidarəetmə orqanlarını.
- Bütün Azərbaycan vətəndaşlarını.

 

QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRİK

 

Bizə müraciət etməklə, Siz tərəfimizdən həyata keçirilən xidmət

sahələri üzrə öz vaxtında və dolğun məlumatlarla təmin

olunacaqsınız!

 

O cümlədən:

 

-1-3 sutkalıq ümumiləşdirilmiş və ya xüsusi hava proqnozu;
-Uzun müddətli və ya qısamüddətli dövr üçün iqlim məlumatları;
- Təhlükəli və ifrat təhlükəli təbiət hadisələri barədə proqnoz məlumatlar
(güclü külək, gözlənilən sel hadisələri, güclü qar, şaxta vəs.);
-Yaz əkinləri qabağı torpağın nəmliyi barədə məlumatların verilməsi;
-Aqrometeoroloji arayışlar;

 

Bizim mütəxəssislərimiz Sizi diqqətlə dinləməklə tələb olunan hidrometeoroloji
məlumatların seçilməsində və optimal istifadə olunmasında məsləhət üçün həmişə qulluğunuzdadır.

 

Bizim təqdim etdiyimiz məlumat

Sizin işinizin effektivliyinə zəmanətdir!

 

 

Bizdən aldığınız informasiya Sizə müəssisənizin iqtisadi inkişafına dair

strategiyanın düzgün müəyyənləşdirilməsinə birbaşa köməkdir:

 

- gözlənilən təhlükəli hidrometeoroloji hadisələr nəticəsində vurula biləcək sosial-iqtisadi
itkilərin vaxtında qabaqlayıcı tədbirləri həyata keçirməklə qarşısının alınmasında;
- İstirahət və istehsalat obyektlərinin, yaşayış massivlərinin layihələndirilməsi və tikintisi
zamanı optimal qərarın qəbul edilməsində
-Mühəndisi və digər axtarış işlərində.


 

HÖRMƏTLİ VƏTƏNDAŞLAR!

Qeyd olunmuş informasiya xidməti Mİlli Hidrometeorologiya Departamenti
tərəfindən ödənişli müqavilə əsasında istifadəçilərə təqdim olunur.

 

İş vaxtı: saat 09:00 dan 18:00 dəkdir.

 

Müqavilə formaları, ödəmə dərəcələri və qaydaları ilə, həmçinin digər Sizi
maraqlandıran məlumatları tam olaraq aşağıdakı ünvanda əldə edə bilərsiniz:
Bakı şəhəri, Heydər Əliyev prospekti 10
Əlaqə TEL: +994 (012) 567-17-06.
FAX : +994 (012) 493-15-76.



ƏLAQƏ

     

 

ÜNVAN

Bakı şəhəri, Heydər Əliyev prospekti 10

TELEFON

+994 (012) 567 32 76 innovasiontex@bk.ru